Ərzaqlar:
500 q çəkilmiş qoyun əti
1 ədəd baş soğan
Balaca dəstə cəfəri
1 dilim çörəkiçi
1 ədəd yumurta
1 ədəd şirin bibər
5-6 ədəd pomidor
1x.q pomidor məti (tomat)
5 diş sarımsaq
2 x.q əridilmiş kərə yağı
100 q pendir
1 st qaynar su
Duz
İstiot
Hazırlanması:
Tərəvəzləri yuyub təmizləyirik.
Soğanı və2 diş sarımsağı blenderdən keçiririk və çəkilmiş ətin üstünə əlavə edirik. Çörəyi də ət maşınından ya da blenderdən keçirib ətin üstünə tökürük.
Yumurtanı, duzu v əistiotu əlavə edirik.Təmizlənib yuyulmuş cəfərini xırda doğrayıb ətin üstünə tökürük.
Əti yaxşı qarışdırıb qoyuruq soyuducuya.
Pomidoru, bibəri və sarımsağı xırda doğrayıb tavaya töküb qoyuruq ocağa
Suyu çəkilənə kimi qarışdırırıq.
Sonra yağı əlavə edib qovururuq. Pomidor mətini(tomato) əlavə edib qarışdırırıq.
Qaynar suyu tökürük. Duz və istiotunu əlavə edirik.
Vam odda10 dəqiqə bişiririk.
Əti soyuducudan çıxarıb kotlet formasına salıb soba qabına yığırıq.
Sonra üstünə pomido rşirəsini əlavə edirik.
200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. Suyu çəkilib yağa düşəcək.
Onda sobadan çıxarıb üstünə pendiri sürtgəcdən keçirib səpirik və yenidən sobaya qoyuruq.
Üstü az qızaranda götürürük.
Nuş olsun!