Ərzaqlar:

1 st süd
2 ədəd yumurta(1 ədəd sarısı üzü üçün)
1/2 st duru yağ
1/2 ç.q duz
3 x.q şəkər tozu
1 paket maya
1 paket vanil
Un aparanadək
İçlik üçün:
300 q albalı
3 x.q şəkər tozu
Bir ovuc qovrulmuş qoz ləpəsi
Qeyd: İçliyi zövqə görə dəyişə bilərsiniz. Çem, Nutella və s.

Hazırlanması:

Südü ilıq istidirik.
Dərin bir qab götürüb bura duzu, şəkər tozunu, mayanı, yağı,vanili, yumurtanı və ilıq südü əlavə edib qarışdırırıq.

Sonra undan az-az töküb qarışdırıb yumşaq xəmir yoğururuq.

Xəmiri1-2 saat isti yerdə qoyuruq açıyır.

İçliyi hazırlamaq üçün albalının tumunu çıxarırıq süzgəcə qoyuruq suyu süzülür. Sonra üstünə qoz ləbəsini doğrayıb tökürük. 3 x.q şəkər tozunu da əlavə edib qarışdırırıq. İçlik hazırdı.

Xəmir acıdıqda 14-15 kündə düzəldirik.

Sonra kündəni 1 sm qalınlıqda yayıb içinə içlikdən 1 x.q dolu qoyub şəkildəki kimi bükürük.




Bütün kündələri bu şəkildə hazırlayırıq.
Sonra diametri 30 sm olan qabı yağlayıb kündələri ağzı aşağı içinə yığırıq.

15-20 dəqiqə saxlayırıq köpür.Sonra üzünə yumurta sarısını çəkirik.

200-210 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.




Nuş olsun!

Comments

comments