Ərzaqlar:
1.5 paket qurabiyə (petit beurre)
150 q yumşaq kərə yağı
400 q labinə pendiri
3 ədəd yumurta
1 paket krem qaymaq(200 q)
1/2 st şəkər tozu
1 x.q un
1 x.q nişasta
1 paket vanil
Üstü üçün böyürtkən mürəbbəsi
Hazırlanması:
Qurabiyəni əzib toz halına salırıq.
Yumşaq kərə yağı ilə əlimizlə qarışdırırıq.
Diametri 26 sm olan qabı yağlayıb qarışığı tökürük. Yan hissədən 2 sm çıxmaqla yayıb düzəldirik. Qoyuruq soyuducuya.
Sonra dərin bir qab götürüb içinə labinə pendirini tökürük.
Şəkər tozunu və vanili əlavə edib tam qarışanadək mikserlə çalırıq.
Sonra krem qaymağı əlavə edib çalırıq.
Yumurtaları əlavə edib çalırıq.
Unu və nuşastanı əlavə edib çalırıq.
Qabı soyuducudan çıxarıb içliyi töküb yayırıq.
160-170 dərəcə qızdırılmış sobada bir saata bişiririk. Üzü az qızarır.
Sonara sobadan çıxarıb qoyuruq soyuyur. Qabdan çıxarıb tam soyumasını gözləyirik.
Soyuducuya qoyuruq soyuyur. Sonra soyuducudan çıxarıb üstünə böyürtkən mürəbbəsini tökürük.
2 saat soyuducuda qaldıqdan sonra çay süfrəsinə verə bilərsiniz.
Nuş olsun!