Ərzaqlar:
4 st süd
1 st şəkər tozu
1 st irmik
1 paket şokalad sosu
2 st süd
Üz üçün bəzəyə ağ şokalad ya da ləpələr
Hazırlanması:
4 st südü, irmiyi, şəkər tozunu bir qazana töküb qarışdırırıq.
Ocağa qoyub qatılaşanadək bişiririk.
Bişdikdən sonra ocaqdan götürüb qaba töküb yayırıq. Qoyuruq soyuyur.
Paketi açıb qazana töküb üstünə 2 st südü əlavə edib qatılaşanadək qarışdırıb bişirib ocaqdan götürürük.
İrmik soyuduqda qabı tərs çeviririk.
Hazırladığımız sosu üstünə tökürük.Zövqə görə istədiyimiz kimi bəzəyirik.
Nuş olsun!