Ərzaqlar:


Ovxant üçün:
2,5 st un
200 q kərə yağı
4 x.q kakao
1/2 st şəkər tozu
İçlik üçün:
600 q kəsmik
5 ədəd yumurta
3/4 st şəkər tozu
200 q xama
2 x.q nişasta
1 paket vanil

Hazırlanması:

Əvvəlcə ovxantını hazırlayırıq.Yumşaq kərə yağı ilə şəkər tozunu qarışdırırıq.

Sonra unu və kakaonu əlavə edib əvvəlcə qaşıqla sonra əlimiz ilə qarışdırırıq.Qarışıq ovxantı şəklini alacaq.

Piroqu bişirəcəyimiz qabı yağlayırıq ya da kağız səririk. (Qabın dizmetri 26 sm)

Ovxantının yarısını tökürük.

İçliyi hazırlayırıq.İçlik üçün olan ərzaqları bir qaba tökürük.

Mikserlə tam qarışanadək çalırıq.

Sonra içliyi ovxantı tökdüyümüz qaba tökürük.

Qalan ovxantını da içliyin üstünə səpirik.

170-180 dərəcə qızdırılmış sobada 1 saata bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments