Ərzaqlar:


Xəmir üçün:

150 q kərə yağı
2 st un
2/3 st şəkər tozu
1 ədəd yumurta
1 paket qabartma tozu
1 paket vanil

İç üçün:

400 q kəsmik
1/2 st şəkər tozu
3 ədəd yumurta
1/3 st buğda nişastası
250 q qarağat
1 çimdik duz

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayırıq.Yağ ilə şəkər tozunu çalırıq.

Yumurtanı əlavə edib çalırıq.

Vanili, qabartma tozunu və unu əlavə edib yumşaq xəmir düzəldirik.

Soba qabını yağlayıb xəmiri yayırıq. Yandan 3 sm hündürlükdə xəmiri qaldırırıq. (Qabın diametri 26 sm)

İçliyi hazırlayırıq.
Yumurta ağının üstünə bir çimdik duz töküb mikserlə bərkiyənədək çalırıq.

Sarısının üstünə kəsmiyi şəkər tozunu əlavə edib çalırıq.

Sonra nişastanı əlavə edib çalırıq.

Sonra yumurta ağını əlavə edib qarışdırırıq.

Təmizlənib yuyulub, suyu süzülmüş qarağatı blenderdən keçiririk.

Qaba yaydığımız xəmirin üstünə kəsmikli içi töküb yayırıq.

Sonra qarağatdan az-az töküb kəsmiyin üstünə yayırıq.

180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.


Nuş olsun!

Comments

comments