Ərzaqlar:


1 st qarağat
100 q kərə yağı
1 st şəkər tozu
4 ədəd yumurta
1/2 st süd
2 st un+ 1 x.q un
1 paket qabartma tozu
1 ədəd limonun qabığı

Hazırlanması:

Qarağatı təmizləyib yuyub süzgəcə qoyuruq suyu süzülsün.

Yumşaq yağ ilə şəkər tozunu tam qarışanadək çalırıq.

Yumurtanı əlavə edib çalırıq.

Limonu yuyub qurulayıb qabığını sürtgəcdən keçirib əlavə edib çalırıq.

Südü əlavə edib çalırıq.

Qabartma tozunu və unu əlavə edib çalırıq.

Qara qarağatın üstünə 1 x.q unu əlavə edib qarışdırırıq.

Sonra xəmirə əlavə edib tam qarışanadək qaşıqla qarışdırırıq.

Diametri 26 sm olan qabı yağlayıb xəmi tökürük.

Sobanı 180 dəracədə qızdırıb keksi bişməyə qoyuruq.
35 dəqiqəyə keks bişəcək.(Tam bişməsini yoxlamaq üçün çöplə yoxlaya bilərsiniz.)

Keks ilıq olanda qabdan çıxardırıq.

Soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments