Ərzaqlar:
Xəmir üçün:
2 st un
1 ədəd yumurta
100 q kərə yağı
1/2 st şəkər tozu
1 paket qabartma tozu
İçlik üçün:
400 q kəsmik
1/2 st şəkər tozu
2 ədəd yumurta
2 x.q nişasta
1 paket vanil
300 q moruq
Hazırlanması:
Yağ ilə şəkər tozunu çalırıq.
Yumurtanı əlavə edib çalırıq.
Qabartma tozunu və unu əlavə edib çalırıq.Əvvəl unu töküb mikserlə çalırıq sonra əlimizlə yumşaq xəmir düzəldirik.
Diametri 26 sm olan qab götürüb əvvəlcə yağlayırıq sonra xəmiri qoyub yayırıq. Xəmir qabın yanlarından 3 sm qaldırırıq. Xəmiri qoyuruq bir kənara.
İçlik üçün kəsmiyi, yumurtanı, şəkər tozunu, vanili və nişastanı dərin bir qabda mikserlə tam qarışanadək çalırıq.
Çalınmış içliyi xəmirin üstünə töküb yayırıq.
Moruğu təmizləyib yuduqdan sonra suyu çəkilir sonra içliyin üstünə düzürük.
170-180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.
İlıq olanda qabdan çıxardırıq.
Soyuduqda zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.
Nuş olsun!