(Naxçıvan mətbəxi)

Ərzaqlar:


Közdə bişirilmiş 6-7 ədəd badımcan
3 ədəd baş soğan
3 ədəd pamidor
Duz
Istiot
3-4 x.q zeytun yağı(ya da 1-2 x.q əridilmiş kərə yağı)

Hazırlanması:

Badımcanları közdə bişiririk.


Bişmiş badımcanların qabığını təmizləyib doğrayırıq. Badımcanları doğramamış diri də qaba qoya bilərsiniz.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Üstünə duz və yağ töküb qızılı rəngdə olanadək qovururuq.

Pamidoru yuyub qabığını soyub xırda doğrayırıq.

Doğranmış pamidoru qovrulmuş soğanın üstünə töküb qarışdırıb qovururuq.

Zövqə görə duz və istiotunu tökürük. Suyu çəkildikdə hazır olacaq.

Doğradığımız badımcanı düz qaba töküb yayırıq. Üstünə az duz və istiot səpirik.

Sonra pamidorlu soğan qovurmasını badımcanın üstünə tökürük.

Yeməyimiz hazırdı.

Nuş olsun!

Comments

comments