Ərzaqlar:


4 st uzun düyü
500 q ət
1 st zirinc
3 ədəd baş soğan
5-6 x.q əridilmiş kərə yağı
Zəfəran
Duz
Istiot
Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta

Hazırlanması:

Düyünü yuyub suda duzlu suda qoyuruq. Zirinci təmizləyib yuyub qaynar suda qoyuruq. Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.
Soğanın qabığını soyub yuduqdan sonra uzununa nazik doğrayırıq.

Soğanın üstünə yağ, duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Quşbaşı doğranmış əti suda bişiririk. Qaynamağa başlayanda kəfini yığırıq. Suyuna az duz töküb bişiririk. Bişdikdən sonra sudan çıxarıb qovrulmuş soğanın üstünə töküb 5-10 dəqiqə qovururuq. Duz və istiotunu əlavə edirik.

Zirinci sudan çıxardırıq. Zirincdən 2 x.q ətin üstünə əlavə edib qarışdırırıq. 2-3 dəqiqə də qovurub götürürük.

Suyu qaynadıb duz töküb düyünü yuyub tökürük. Arada qarışdırırıq. Düyü bişməyinə az qalmış zirinci suya əlavə edirik.

Qarışdırıb süzürük.

Plovu dəmə qoyacağımız qazana az yağ töküb istidirik.

Süzülmüş düyüdən əlavə edib yumurta ilə qatığı qarışdırıb tökürük və qarışdırırıq. Qarışığı qazanın dibinə qalınlığı 1 sm olmaqla yayırıq.

Az düyüdən tökürük.

Sonra qovurduğumuz zirincli əti tökürük.

Qalan düyünü ətin üstünə töküb üstünə yağ və zəfəran əlavə edib vam odda dəm almağa qoyuruq.

Plovu dəmə qoyduqda qazanın ağzına dəsmal qoyuruq. Qazın üstünə qazanın altına tava ya da qalın dəmir qoyuruq.

Plov dəm aldıqdan sonra plovun düyüsünü qaba yığıb üstünə qazmaq və ət qoyub qaynar yağ töküb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments