Ərzaqlar:
Biskvit üçün:
4 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket qabartma tozu
1/2 paket vanil
Krem üçün:
1/2 banka qatılaşdırılmış süd
100 q kərə yağı
1/2 paket vanil
Arası və üstü üçün qoz ləpəsi, şokalad, kakos və s. götürə bilərsiniz.
Hazırlanması:
Kremi hazırlamaq üçün baxın: [url=http://resept.az/qatilasdirilmis-sud-ile-maskarpon-kremi-8208.html]Qatılaşdırılmış süd ilə maskarpon kremi[/url]
Yumurtanı ağını sarısından ayırıb bərkiyənədək çalırıq.
Az-az şəkər tozunu və vanili töküb yenə çalırıq.
Yumurta sarılarını töküb çalırıq.
Qabartma tozunu və unu qarışdırıb qarışığa əlavə edib qaşıqla qarışdırırıq.
Soba qabına kağız qoyub xəmiri töküb yayırıq.
180 dərəcə qızdırılmış sobada bişiririk.
Bişən kimi çıxarıb isti-isti kağızla bir burub qoyuruq soyuyur.
Tamam soyuduqdan sonra açıb arasına kremi çəkirik. Doğranmış qoz ləpəsi səpirik.
Yenidən bükürük. Baş hissələrini kəsirik.
Üstünə kremdən çəkib zövrə görə bəzəyirik.
Nuş olsun!