Ərzaqlar:


2 st quru lobya

2 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

1 x.q pomidor məti (tomatı)

1 x.q bibər məti (tomatı)

5 st qaynadılmış su

Zövqə görə istəsəniz yemək hazır olandan sonar üstünə keşniş doğrayıb tökə bilərsiniz.

Hazırlanması:

Quru lobyanı axşamdan təmizləyib yuyub suya qoyuruq.

Sabahı suda tam bişənədək bişiririk.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayıb üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.


Sonra tomatları əlavə edib 2-3 dəqiqə qarışdırıb suyu tökürük.


Su qaynayanda lobyanı əlavə edirik. Yeməyin zövqə görə duzunu töküb bişiririk. Bişdikdə üstünə istiot da əlavə edirik.

İsti-isti qablara çəkib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments