Ərzaqlar:


Xəmir üçün:

200 q xama

100 q kərə yağı

1 ədəd yumurta

1 st şəkər tozu

1 paket vanil

1 paket qabartma tozu

3 st un

İçlik üçün:

500 q kəsmik

1/2 st şəkər tozu

1 ədəd yumurta

Üstü üçün:

1/2 st şəkər tozu

1/2 st qoz ləpəsi

1/3 st un

50 q kərə yağı

Hazırlanması:

İçlik üçün dərin birqabda kəsmik, yumurta və şəkər tozunu mikserlə tam qarışanadək çalırıq. Hazır içliyi soyuducuya qoyuruq.

Üstü üçün ovxantını hazırlamaq üçün reseptdə göstərilən ərzaqları bir qaba töküb əlimizlə qarışdırırıq.

Xəmiri hazırlamaq üçün yağ, şəkər tozu və vanili mikserlə çalırıq.

Üstünə xamanı və yumurtanı əlavə edib çalırıq.

Sonra unu və qabartma tozunu əlavə edib qarışdırırıq.

Diametri 28 sm qab götürüb əvvəlcə yağlayırıq.

Sonra xəmiri qaba qoyub yayırıq. Qabın yanlarına doğru 2 sm kimi kənarlarını qaldırırıq.

Sonra içliyi tökürük.

Üstü üçün olan ovxantını içliyin üstünə səpirik.

180-190 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq. Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments