Ərzaqlar:
200 q çəkilmiş ət
1 ədəd baş soğan
1 x.q pomidor məti (tomat)
1 st xırda makaron
2 x. q əridilmiş kərə yağı
7 st su
Duz
Istiot
Zövqə görə göyərti
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Doğranmış soğanı qazana töküb üstünə duz və yağ töküb qovururuq.
Sonra üstünə çəkilmiş əti əlavə edib 5-10 dəqiqə qovururuq.
Ətin üstünə qayar su töküb qarışdırırıq. 5-10 dəqiqə qaynayır.
Qaynamağa başlayanan sonra makaronu əlavə edirik. Duz əlavə edib qarışdırırıq.
Makaron bişdikdə yeməyimiz hazır olacaq. Hazır olduqda üstünə istiot töküb qarışdırıb ocaqdan götürürük.
Zövqə görə istəsəniz üstünə xırda doğranmış göyərti əlavə edə bilərsiniz.
Nuş olsun!