Ərzaqlar:

5 ədəd yumurta

1 st şəkər tozu

2/3 st un

1/3 st buğda nişastası

2 x.q kakao

1 paket qabartma tozu

Krem, üstü və araları üçün:

200 q maskarpon pendiri

1 paket qaymaq

6 x.q şəkər pudrası

1/2 paket vanil

100 q qovrulmuş qoz ləpəsi

300-400 q gilas

90 q tünüd şokolad

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.


Sonra şəkər tozunu əlavə edib çalırıq.

Yumurtanın sarılarını əlavə edib çalırıq.

Un, nişasta, kakao və qabartma tozunu bir qaba töküb qarışdırırıq. (Qarışığı ələkdən keçirsəniz daha yaxşı olar)

Qarışığı yumurta ağının üstünə az-az töküb taxta qaşıqla qarışdırırıq.

Qaba kağız sərib ya da yağlayıb unlayıb xəmiri tökürük.(qabın diametri 26 sm)

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra biskviti iki yerə bölürük.


Kremi hazırlamaq üçün maskorpon pendiri, şəkər kirşanı, vanil və qaymağı bir qaba töküb tam qarışanadək çalırıq.

Gilasın tumunu çıxardırıq.

Qoz ləpəsini qovurub xırda doğrayırıq.

Şokoladı süzgəcdən keçiririk.

Biskvitin bir layını qoyub krem çəkirik.

Gilasdan düzürük qoz səpirik.

İkinci layı qoyub kremləyib.

Tortun yanlarını da kremləyib üstünə kremdən qoyub gilas qoyuruq və şokolad qırıntısı sıpirik.



Nuş olsun!

Comments

comments