Ərzaqlar:

500 q kələm

150 q toyuğun döş əti

2 ədəd nar

2 ədəd tər xiyar

1 ədəd kök

1 ədəd qırmızı soğan (zövqə görə)

Bir balaca dəstə şüyüd

Duz

Şirə üçün: (şirə əvəzinə 50-50 xama ilə mayonezlə də qarışdıra bilərsiniz)

1 ədəd limon

1 diş sarımsaq

3 x.q zeytun yağı

Duz

Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişirib soyuduqdan sonra xırda doğrayırıq

Narı dənəliyirik.

Kələmi nazik uzun doğrayırıq. Əlimizlə bir az ovuruq.

Xiyarı yuyub qabığını təmizləyib nazik uzun doğrayırıq.

Çiy kökü təmizləyib yuyub sürtgəcin böyük gözündən keçiririk.

Soğanın qabığını təmizləyib yuyub 2 ya da 4 bölüb nazik doğrayırıq.

Şirəni hazırlamaq üçün limonu balaca kasaya suyunu sıxırıq. Üstünə yağı və sarımsaq əzəndən keçirilmiş sarımsağı töküb qarışdırırıq.Az duz əlavə edib yaxşı qarışdırırıq.

Doğranmış ərzaqları dərin bir qabda qarışdırırıq. Təmizlənib yuyulmuş şüyüdü də ərzaqların üstünə əlavə edirik.

Qarışığa şirəni əlavə edirk. Duzuna bir daha baxıb yaxşı qarışdırırıq.

Salatımız hazırdır.

Nuş olsun!

Comments

comments