Ərzaqlar:
1 ədəd qaz
2 ədəd baş soğan
Duz
Duru yağ ya da əridilmiş kərə yağı
Hazırlanması:
Qazı təmizlə yuyub doğrayırıq. Yuduqdan sonra qazana qoyub üstünə soğanın qabığını soyub yuyub iki bölüb tökürük.
Üstünə su töküb bişməyə qoyuruq.
Qaynamağa başlayanda kəfini yığırıq. Bişənə yaxın duz tökürük.
Tavanı isidib bişmiş qaz ətini yağda qızardırıq. Ya da öz yağında qızardırıq. Yeməyi isti-isti süfrəyə veririk.
Nuş olsun!