Ərzaqlar:

2 st un

200 q kərə yağı

2 st süd

1,5 st şəkər tozu

Hazırlanması:

Dərin tavaya yağı qoyub əridirik.

Yağ istindikdən sonra unu əlavə edib dayanmadan taxta aşıqla qarışdıra-qarışdıra qovururuq. Rəngi qızılı rəngdən tünd olmalıdır.25-30 dəqiqə qarışdırırıq.



Başqa qazanda süd ilə şəkər tozunu qarışdırıb ocağa qoyuruq. Arada qarışdırırıq.

Qaynamağa başlayanda götürürük.

Qovrulmuş unun üstünə töküb qarışdırırıq.

Sonra 2-3 dəq ocaqda qarışdırı-qarışdıra bişiririk.

Ocaqdan götürüb istədiyiniz formanı verib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments