Ərzaqlar:
3/4 st un
1 st şəkər tozu
6 ədəd yumurta
100 q qoz ləpəsi
1 paket vanil
Krem və bəzək üçün:
250 q kərə yağı
1 banka qatılaşdırılmış süd
Zövqə görə istəsəniz 1 x.q kakao tökə bilərsiniz.
Şokolad
Hazırlanması:
Yumurta ağını sarısından ayırıb mikserlə bərkiyənədək çalırıq.
Sonra şəkər tozunu və vanili əlavə edib yenə çalırıq.
Yumurta sarılarını da əlavə edib mikserlə çalırıq.
Unu əlavə edib qarışdırırıq.
Qoz ləpəsini tavada qovururuq. Soyuyandan sonra bıçaqla xırda doğrayırıq.
Doğranmış qoz ləpəsini xəmirə əlavə edib qarışdırırıq.
Qabı yağlayıb ya da kağız sərib xəmiri tökürük.
180 dərəcə qızırılmış sobada 25-30 dəqiqəyə bişiririk.
Soyuduqda qabdan çıxarıb yarı bölürük. Üstünün qabıqlarını və yanlarını kəsirik.
Kremi adı qaydada mikserlə çalırıq.
Kakaonu kremə əlavə edib yenə çalırıq.
Layın birinə krem çəkib ikinci layı qoyuruq.
Üstünü və yanlarını kremləyirik.
Kremdən və bəzəkli şokoladdan bəzəyirik. Yandan və üstdən çıxan qırıntılardan qız qalası düzəldirik. (Zövqə görə istəsəniz)
Nuş olsun!