Ərzaqlar:
5 ədəd yumurta
2 st şəkər tozu
1 st qatıq
125 q kərə yağı
2 x.q duru yağ
3 st un
1 paket qabartma tozu
2 x.q kakao (kakaosuz da bişirə bilərsiniz)
Hazırlanması:
Şəkər tozu və yumurtanı mikserlə çalırıq.
Qatığı, duru yağı və əridilib ilıq olmuş kərə yağını töküb çalırıq.
Unu və qabartma tozunu əlavə edib çalırıq.
Kakaonu töküb çalırıq.
Qabı yağlayıbya da kağız qoyub xəmiri qaba tökürük.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.
Soyuduqdan sonra zövqə görə istədiyiniz kimi doğrayıb çay süfrəyə verə bilərsiniz.
Nuş olsun!