Ərzaqlar:
6 ədəd yumurta
1 st un
1 st şəkər tozu
1 paket vanil
1 paket qabartma tozu
Krem və bəzəmək üçün:
Krem üçün:
200 q qaymaq
1 st şəkər rozu
200 q kəsmik
1 paket vanil (zövqə görə)
Bəzək, arası və üzü üçün:
Müxtəlif meyvə və giləmeyvələr
Qoz ləpəsi
1paket tort üçün jelatin
Hazırlanması:
Yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.
Şəkər tozunu az-az töküb yenə çalırıq. Vanili əlavə edib çalırıq.
Sonra yumurta sarılarını töküb çalırıq.
Unu və qabartma tozunu yumurta qarışığının üstünə töküb qaşıqla qarışdırırıq.
Qabı yağlayıb ya da kağız sərib xəmiri tökürük.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.
Soyuduqdan sonra biskviti ikiyə bölürük.
Kremi adi qaydada mikserlə çalıb hazırlayırıq.
Kremin içinə zövqə görə istəsəniz moruq əlavə edə bilərsiniz.
Biskvitin bir layına kremdən çəkib qoz ləpəsi töküb zövqə görə istədiyimiz meyvələrdən doğrayıb tökürük.
Sonra ikinci layı qoyub yanları və üstünü kremləyirik.
Tortu qabın içinə salıb üstünü meyvələrlə bəzəyirik.
Jelatini hazırlayıb ilıq olanda meyvələrin üstünə tökürük. Sonra tortu soyuducuya qoyuruq.Jelatin bərkiyəndə tortu qabdan çıxardırıq. Bir neçə saatdan sonra tortu kəsib süfrəyə verə bilərsiniz.
Nuş olsun!