Ərzaqlar:

3 ədəd yumurta

200 q kərə yağı

200 q xama

1,5 st un

2/3 st şəkər tozu

1 paket qabartma tozu

1 paket vanil

3 ədəd alma

1 ç.q şəkər kirşanı (üzünə səpmək üçün)

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırıb ağını mikserlə bərkiyənədək çalırıq.

Yumurtanın sarısını yumşaq kərə yağının üstünə töküb və şəkər tozu və vanillə bir çalırıq.

Xamanı sonra unu və qabartma tozunu əlavə edib tam qarışanadək qarışdırırıq. Sonra yumurta ağını asta-asta xəmirin üstünə əlavə edib qarışdırırıq.

Qabı yağlayıb un səpib xəmiri töküb yayırıq.

Almanı yuyub qabığını soyub dilimləyirik.

Dilimlənmiş alma dilimlərini xəmirin üstünə düzürük.

170-180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra üstünə şəkər kirşanı səpirik.

Nuş olsun!

Comments

comments