Ərzaqlar:

Xəmir üçün:

1,5 st un

125 q kərə yağı

1/3 st şəkər tozu

2 x.q kakao

1 ədəd yumurta

1 paket qabartma tozu

İç üçün:

600 q kəsmik

3 ədəd yumurta

2 x.q buğda nişastası

2 x.q xama

1 paket vanil

2/3 st şəkər tozu
I
Üstü üçün:

Badam, qoz ya da fındıq ləpəsi

Hazırlanması:

Un ilə yumşaq yağı ovuruq. Üstünə qabartma tozunu, yumurtanı, şəkər tozunu və kakaonu əlavə edib xəmiri düzəldirik.

Hazırladığımız xəmiri qaba yayırıq. Xəmir qabın kənarından 3 sm hündürlükdə qalxmalıdır. Hazır xəmiri qaba yaydıqdan sonra soyuducuya qoyuruq.

İçliyi hazırlayırıq.

Kəsmiyi, xamanı, vanili, şəkər tozunu, nişastanı, yumurtanı bir qaba töküb mikserlə qarışdırırıq.

Xəmiri soyuducudan çıxarıb içliyi töküb yayırıq.

Sonra badam ləpəsini bıçaqla doğrayıb piroqun üstünə səpirik.

180 dərəcə qızdırılmış sobada 50-60 dəq bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Piroqu tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Zövqə görə istəsəniz soyuduqdan sonra üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments