Ərzaqlar:

Xəmir üçün:

1/2 st şəkər tozu

100 q kərə yağı

2 ədəd yumurta

1 paket qabartma tozu

1 paket vanil

2,5 st un

Ovuntu üçün:

100 q kərə yağı

1/2 st şəkər tozu

100 q badam

1,5 st un

İç üçün:

15 ədəd gavalı (500 q)

3 ədəd şaftalı (300 q)

Hazırlanması:

Xəmiri hazırlamaq üçün yumşaq kərə yağı ilə şəkər tozu və vanili qarışdırırıq.

Sonra üstünə yumurtanı əlavə edib yenə tam qarışanadək qarışdırırıq.

Qabartma tozunu və unu əlavə edib yumşaq xəmir düzəldirik. Xəmiri bir kənara qoyuruq.

Piroqun üstünə ovuntunu düzəltmək üçün badam ləpəsini xırdalıyırıq. (Blenderdə ya da iri gözlü maşından keçiririk.)

Yağı ilə unu ovuruq.

Ovuntunun üstünə şəkər tozunu və xırdalanmış badamı əlavə edib yaxşı qarışdırırıq.

Meyvələri yuyub şaftalının qabığını soyub xırda doğrayırıq. Gavalını da xırda doğrayırıq.

İçlik də hazır olduqdan sonra diametri 28 sm olan qab götürüb xəmiri içinə qoyub yanlarına (2 sm) çıxmaq şərti ilə yayırıq.

Xəmiri yaydıqdan sonra meyvələri tökürük.

Sonra meyvələrin üstünə hazırladığımız üstlük üçün olan ovuntunu səpitik.

180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.

Piroq ilıq olanda qabdan çıxardırıq. Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments