Ərzaqlar:

2,5 st un

1 st qatıq

1/2 st duru yağ

2 ədəd yumurta

1,5 st şəkər tozu

1 st kakos

1 paket qabartma tozu

1 paket vanil

2 x.q kakao

Hazırlanması:

Yumurta ilə şəkər tozunu mikserlə bərkiyənədək çalırıq.

Sonra üstünə əvvəl duru yağı sonra qatığı töküb yenə çalırıq.


Kakosu və kakaonu töküb çalırıq.

Unu, vanili və qabartma tozunu töküb tam qarışanadək çalırıq.

Diametri 28 sm olan qabı yağlayıb xəmiri töküb yayırıq.


180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxarıb doğrayırıq.

Tamam soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments