Ərzaqlar:
90 q şokolad
100 q qara kişmiş
100 q qaysı
100 q kakaolu ya da sadə qurabiyə
Üstü üçün istədiyiniz ərzaqlardan istifadə edə bilərsiniz. (qoz ləpəsi, şokolad, kakos vəs.)
Hazırlanması:
Kişmişi qaysını təmizləyib yuyub solfet ilə qurulayırıq.
Şokoladı, qaysını, kişmişi və qurabiyəni ət maşınından keçiririk.
Yaxşı qarışdırdıqdan sonra əlimiz ilə balaca toplar düzəldirik.
Düzəltdiyimiz topların hər tərəfini çəkilmiş qoz ləpəsinə batırırıq.
Hamısını bu şəkildə düzəldirik. Hazırladıqdan sonra soyuducuda ən az yarım saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!