Ərzaqlar:

1 st qatıq

1 st şəkər tozu

1/2 st duru yağ

3 ədəd yumurta

3 st un

1 paket qabartma tozu

1 paket vanil

1 ç.q darçın

Hazırlanması:

Yumurtanı şəkər tozu ilə ağaranadək mikserlə çalırıq.

Üstünə qatığı və sonra yağı əlavə edib yenə çalırıq.

Sonra unu, qabartma tozunu, darçını və vanili əlavə edib tam həll olanadək çalırıq.

Xəmiri qablara tökürük.

180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments