Ərzaqlar:
2 ədəd börək yuxası
1 st süd
1/2 st duru yağ
İç üçün:
100 q ağ pendir
Zövqə görə balaca dəstə cəfəri
Üz üçün:
1 ədəd yumurta
1 x.q çörəkotu
Hazırlanması:
Yuxaları dörd yerə bölürük.
Süd ilə yağı bir qabda qarışdırırıq.
Pendiri çəngəl ilə əzib üstünə təmizlənib yuyulub xırda doğranmış cəfərini tökürüb qarışdırırıq.
Dörd yerə böldüyümüz yuxanın birini götürüb üstün süd qarışığı çəkirik. Şəkildəki kimi oxlovu uc hissədən qoyub yuxanı ortaya doğru yığırıq.
Yığdıqdan sonra ucları birləşdiririk. Üc hissəyə iç qoyub üst-üstə örtürük. Bu şəkildə hamısını düzəldirik.
Soba qabına kağız sərib yığdıqdan sonra üzünə yumurta çəkib çörəkotu səpirik.
200-210 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.
Nuş olsun!