Ərzaqlar:

1 ədəd toyuq

5 ədəd baş soğan

150 q qoz ləpəsi

50 q kişmiş

9-10 ədəd təzə zoğal ya da azta zoğal

2 x.q alça turusu

Duz

Istiot

Hazırlanması:

Ləvəngini hazırlamaq üçün qozu maşından keçiririk.

Soğanı ət maşınından keçirib tənzifdə sıxıb acı suyunu çıxarırıq.


Soğanın üstünə turşunu, zoğalı, təmizlənib yuyulmuş kişmişi, çəkilmiş qozu, zövqə görə duz və istiotu töküb qarışdırırıq.


Toyuğu təmizləyib yuyub içini və çölünü duzlayıb istiotlayırıq.ləvəngini toyuğun içinə yığırıq.

İçi doldurulmuş toyuğu soba torbasına qoyub ağzını bağlayırıq. Torbasız da qoyub bişirə bilərsiniz.

200 dərəcə qızdırılmış sobaya bişməyə qoyuruq. Toyuğun əti tam bişdikdə ləvəngimiz hazır olacaq.

Nuş olsun!

Comments

comments