Ərzaqlar:

4-5 ədəd kartof

2 x.q kəklikotu

7-8 x.q zeytun yağı

Ç.q ucunda qırmızı pul bibər və toz bibər

Ç.q ucunda sarıkök

Duz

İstiot

Hazırlanması:

Kartofun qabığını soyub yuduqdan sonra doğrayırıq.

Doğranmış kartofun üstünə kəklikotu, qırmızı pul bibər, qırmızı toz bibər, qara istiot, duz, yağ və sarıkökü töküb yaxşı qarışdırırıq.

Soba qabına kağız sərib kartofu qaba yan-yana yığırıq.

190-200 dərəcədə qızdırılmış sobada qızaranadək bişiririk (təqribən 1 saata tam qızaracaq)

Nuş olsun!

Comments

comments