Ərzaqlar:

1 st qatıq

125 q kərə yağı

1/2 st duru yağ

2 ədəd yumurta (1 ədəd sarısı üzünə)

1 paket qabartma tozu

1/2 ç.q duz

4,5 st un

İç üçün:

150-200 q ağ pendir

1 balaca dəstə cəfəri

Üz üçün:

1 ədəd yumurta sarısı

1 x.q çörəkotu

Hazırlanması:

Pendiri sürtgəcdən keçiririk ya da çəngəl ilə əzirik. Cəfərini təmizləyib yuyub xırda doğrayıb pendirin üstünə töküb qarışdırırıq. İçliyimiz hazırdır.

Yağı əridirik. İlıq olanda dərin bir qaba yağı, qatığı, duru yağı, duzu, qabartma tozunu, yumurtanı töküb qarışdırırıq.

Sonra ələnmiş undan az–az töküb qaşıqla əvvəl qarışdırıb sonra əlimizlə yumşaq xəmir yoğururuq.


Xəmirdən 16-18 kündə düzəldirik.

Kündənin birini götürüb 0,5 sm qalınlıqda yayırıq.

1 ç.q içlik qoyub bükürük.


Bükülən tərəfi alta olmaqla yenidən qalınlığı1 sm yayırıq.

Bıçaqla 6 ya da 8 yerə bölürük.


Soba qabına kağız sərib yığırıq.

Üzünə yumurta sarısı çəkib çörəkotu səpirik.

190-200 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.


Nuş olsun!

Comments

comments