Ərzaqlar:

3 l qatıq

1,5 l su

2 ədəd yumurta

2 x.q un

1/2 st yumru düyü

1 st bişmiş nöxud

500 q kələm

1 dəstə kəvər

1 böyük dəstə keşniş

1 balaca dəstə şüyüd

1 balaca dəstə nanə

2-3 zoğ sarımsaq (yaşıl)

Duz

Hazırlanması:

Kələmi və göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.

Qazana qatığı, yumurtanı, düyünü, unu və suyu töküb setka qaşıqla çalırıq. Qatığın düyürləri qalmamalıdır. Sonra suyunu əlavə edib qarışdırıb ocağa qoyuruq.

Qaynara düşdükdə təmizlənib doğranmış kələmi, göyərtini və bişmiş noxudu tökürük.


Zəif odda kələm bişənədək qarışdırırıq.

Hazır olanda duzunu zövqə görə töküb qarışdırırıq.

Ayran aşımız hazırdır.

Nuş olsun!

Comments

comments