Ərzaqlar:


Xəmir üçün:

3 st un

1 st su

1 ç.q duz

İç üçün:

250-300 q çəkilmiş qoyun əti

2 ədəd balaca baş soğan

1 ədəd nar

Duz istiot

Sumaq

Qızartmaq üçün əridilmiş kərə yağı

Hazırlanması:

Unu dərin bir qaba ələyib üstünə duz və ilıq suyu töküb qaşıqla qarışdırırıq.

Sonra əlimizlə normal xəmir düzəldirik.

İçliyi hazırlamaq üçün yumşaq qoyun ətini soğanla bir ət maşınından keçiririk.

Üstünə düz,istiot və zövqə görə nar ya da zirinc töküb qarışdırırıq. (şaraf turşularından da istifadə edə bilərsiniz) İçliyimiz hazırdır. (Nar dənələrini qarışdırmayıb əti yaydıqdan sonra üstünə tökə də bilərsiniz)

Xəmirdən balaca kündələr düzəldirik (40 q).

Kündənin birini götürüb un səpib oxlovla nazik yuxa yayırıq.

Yuxanın bir tərəfinə içlikdən qoyub yayırıq. Yuxanın o biri tərəfini qatlayıb yanlarını bərkidirik.



Tavada qızmar yağda qutabın hər iki üzünü qızardırıq.


Hazır qutabın üstünə zövqə görə sumaq və ya nar dənələri tökə bilərsiniz.

Nuş olsun!

Comments

comments