(Türk mətbəxi)
Ərzaqlar:
Xəmir üçün:
3 st un
1 st süd
1/2 st duru yağ(qarğıdalı yağı)
1 paket quru maya(10q)
1ç.q şəkər tozu
1 ç.q duz
İçlik və üzü üçün:
200 q ağ pendir
1-2 x.q küncüt
1 ədəd yumurta sarısı
Hazırlanması:
Unu dərin bir qaba ələyib üstünə duz, şəkər tozu töküb qarışdırırıq.
Sonra yağı tökürük. Südü ilıq istidib yağın üstünə əlavə edib yumşaq xəmir yoğururuq.
Xəmiri 1-2 saat isti yerdə saxlayırıq acıyır.
Xəmiri 12 yerə bölüb kündəliyirik.
İçlik üçün pendiri çəngəl ilə əzirik ya da sürtgəcin böyük gözündən keçiririk.
Bir kündəni götürüb 0,5 sm qalınlıqda yayıb içinə içlikdən 1 ç.q qoyub şəkildəki kimi bükürük.
Bükülən tərəlta qoyub əlimiz ilə düzəliş veririk.
Soba qabına kağız sərib düzəltdiyimiz poğaçaları yığırıq.
Üzünə yumurta çəkib küncüt səpirik.
200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.
Nuş olsun!