Ərzaqlar:
1 st un
2/3 st şəkər tozu
3 ədəd yumurta
1 ç.q darçın
Üstü üçün:
2-3 x.q çəkilmiş qoz ya badam ləpəsi
1 x.q şəkər tozu
Hazırlanması:
Yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək çalırıq.
Sonra üstünə az-az şəkər tozunu əlavə edib çalırıq.
Yumurta sarılarını da əlavə edib çalırıq.
Darçını əlavə edib çalırıq.
Ələnmiş unu az-az qarışığa əlavə edib qaşıqla qarışdırırıq.
Üstü üçün çəkilmiş qoz ləpəsi ilə şəkər tozunu qarışdırırıq.
Qabı yağlayıb xəmiri töküb yayırıq.
Üstünə qozla şəkər tozu qarışığını səpirik.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.
Soyuduqda kəsib çay süfrəsinə verə bilərsiniz.
Nuş olsun!