Ərzaqlar:

Xəmir üçün:

200 q kərə yağı

200 q xama

1 paket qabartma tozu

3,5 st un

İçlik üçün:

200 q kəsmik

1/2 st şəkər tozu

2 x.q. un

1 ədəd limon

Hazırlanması:

Kərə yağını sürtgəcin böyük gözündən keçiririk.

Unu əlavə edib ovuruq.

Sonra qabartma tozunu töküb qarışdırıb xamanı əlavə edirik. Əlimiz ilə yumşaq xəmir düzəldirik. Xəmiri iki saat soyuducuda saxlayırıq.

İçliyi hazırlamaq üçün limonu yuyub qurulayıb sürtgəcdən qabığını keçiririk.

Kəsmiyi çəngəl ilə əzib üstünə un, şəkər tozu, limon qabığı töküb qarışdırırıq. İçlik hazırdır.

Xəmirdən 23-25 ədəd balaca kündələr düzəldirik.

Hər birini oxlovla uzununa 0,5 sm qalınlıqda yayırıq. İçlikdən 1 x. q dolu qoyub yanlarını büküb bərkidirik.

Bükülən yanı alta olmaqla banan şəkli veririk.

Qaba kağız sərib bir-birindən aralı olmaqla yığırıq.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.

Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments