Ərzaqlar:
Biskvir üçün:
6 ədəd yumurta
1 st un
1 x.q buğda nişastası
1 st şəkər tozu
1/2 paket vanil
Krem üçün:
1 banka qatılaşdırılmış süd
200 q kərə yağı
2 x.q kakao
1/2 paket vanil
Şirə üçün:
4 x.q şəkər tozu
6 x.q su
Hazırlanması:
Şirəni hazırlamaq üçün su ilə şəkər tozunu qarışdırıb qazın üstünə qoyuruq. Qaynamağa başlayandan 2-3 dəqiqə sonra götürürük qoyuruq kənara soyuyur.
Kremi hazırlamaq üçün yağı ağaranadək mikserlə çalırıq.
Sonra qatılaşdırılmış südü töküb çalırıq.
Sonra vanili və kakaonu töküb bərkiyənə qədər mikserlə çalırıq.
Kremimiz hazırdır.
Biskvit üçün yumurtanı ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.
Sonra şəkər tozunu az-az töküb yenə çalırıq.
Sonra yumurta sarısını tökürük çalırıq.
Un ilə nişastanı başqa qabda qarışdırırıq.Sonra unu qarışığa əlavə edib taxta qaşıqla qarışdırırıq.
Diametri 26 sm olan qabı yağlayıb unlayıb ya da kağız sərib xəmiri tökürük.
180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk. Bişdikdə söndürün biskvit sobada qalsın.
İlıq olanda qabdan çıxardırıq.
Soyuq olanda üzünü bıçaqla kəsib götürürük. Özünü iki hissəyə bölürük. Hazırladığımız şirə ilə hər ikisini isladırıq.
Sonra əvvəlcə birini qoyub kremləyirik. Sonra ikinci layı qoyub yanını və üstünü kremləyirik.
Üzündən təmizlədiyimiz qalıqları ovxalayırıq.
Yanlarını ovxantıya batırırıq və zövqə görə bəzəyirik. İstəsəniz kremin yarısına kakao töküb yarısını ağ saxlayıb ağ krem ilə də bəzəyə bilərsiniz. Ağ krem olduqda arasına ağ krem çəkin üzünə və yanına kakaolu kremdən çəkib üzünü hər iki kremlə bəzəyə bilərsiniz.
Nuş olsun!