Ərzaqlar:

400-500 q mal əti

2 ədəd kartof

1 ədəd baş soğan

6 yumurta(balaca olsa 8 ədəd)

2-3 x.q əridilmiş kərə yağı

1/3 ç.q sarıkök

Duz

Istiot

Hazırlanması:

Kartofu qabıqlı suda bişirib qabığını soyuruq. Əti, qabığı soyulmuş yuyulmuş baş soğanı və kartofu ət maşınından keçiririk. Üstünə yumurta, sarıkök, duz və istiot əlavə edib yaxşı qarışdırırıq.

Tavada yağı qızdırıb qarışığı tökürük. Vam odda bişiririk.

Bir tərəfi qızardıqdan sonra o biri tərəfini çevirmək üçün 2 ya da 4 yerə bölüb çeviririk. Hər iki tərəfi bişdikdə şamımız hazırdır.

Şamını isti-isti süfrəyə veririk. Naxçıvan şamısını yuxa arasında yedikdə ləzzətli olur.

Nuş olsun!

Comments

comments