Ərzaqlar:

4 x.q buğda nişastası

1,5 st su

30 q kərə yağı

4 x.q şəkər tozu

1/2 st qoz ləpəsi

Ç.q uçunda zəfəran

Ç.q uçunda duz

Hazırlanması:

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Qozu xırda doğrayırıq.

Soyuq suda buğda nişastasını qarışdırırıq. Qazanı qazın üstünə qoyub ara vermədən qarışdırırıq.

2-3 dəqiqə sonra şəkər tozunu, yağı və duzu əlavə edirik.

Bir az qatıaşanda zəfəran suyunu əlavə edirik.

Qatılaşdıqdan sonra doğranmış qoz ləpəsini də əlavə edirik. 3-5 dəqiqə də bişirib götürürük.

Qaba tökürük.

İstəsəniz bərkiyəndən sonra müxtəlif formada kəsib qozla bəzəyə bilərsiniz.

Sucuq süfrəyə adətən soyuq yeyilir.

Nuş olsun!

Comments

comments