Ərzaqlar:

4 st düyü

1 st kişmiş

3 x.q əridilmiş kərə yağı

1/2 ç.q sarıkök (ya da zəfəran)

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Kişmişi təmizləyib yuduqdan sonra yağ əlavə edib qovururuq.

Adi qayda ilə düyünü bişirib süzürük. Düyüyə sarıkök (zəfəran) tökürük.

Qazana az yağ töküb qızdırırıq.

Yumurta ilə qatığı çalıb qazana tökürük. Düyüdən də töküb qarışdırıb qalınlığı 1 sm olmaqla yayırıq.

Qalan düyünü qazmağın üstünə töküb yağ əlavə edib aşı vam odda dəm almağa qoyuruq.

Aş 1 saata dəm alacaq. Düyünü təpəçik şəklində yığıb üstünə qaynar yağ töküb qazmaq toyub kişmişlə bəzəyirik.

Nuş olsun!

Comments

comments