Ərzaqlar:
200 q kərə yağı
2 yumurta (1-nin sarısı üzü üçün götürülür)
1/2 st şəkər tozu
2,5 st un
Üstü üçün:
1/2 st qoz ləpəsi
1 ədəd yumurta sarısı
Hazırlanması:
Yumşaq kərə yağını şəkər tozu ilə mikserlə çalırıq.
Üstünə 1 yumurtanı bütöv və bir yumurtanən ağını töküb yenə mikserlə çalırıq.
Əvvəlcə az bərkiyənə qədər unu töküb mikserlə çalıb sonra qalan unu əlavə edib əlimizlə yumşaq xəmir düzəldirik.
Qoz ləpəsini bıçaqla doğrayırıq.
Xəmiri 7-8 mm qalınlıqda yayırıq.
Müxtəlif ağızlı kəsici alətlə kəsirik. (Biz bir fiqurdan istifadə etmişik. Siz istəsəniz müxtəlif fiqurlardan istifadə edə bilərsiniz.)
Qaba kağız sərib kəsdiyimiz fiqurları yığırıq.
Üstünə yumurta sarısı çəkib doğradığımız qozu səpirik.
200 dərəcə qızdırılmış sobada 20 dəqiqəyə bişiririk.
Nuş olsun!