Ərzaqlar:
500 q yağlı xəmir
250 q albalı (təzə ya da konserv olunmuş)
3 x.q kartof nişastası
4 x.q şəkər tozu
Üzünə çəkmək üçün:
1 ədəd yumurta
Hazırlanması:
Albalının tumunu çıxarıb süzgəcə yığırıq. Suyu süzülür. Sonra üstünə şəkər tozunu töküb qarışdırırıq.
10×10 sm eni olan yağlı xəmirin içinə 1 x.q albalıdan qoyuruq. Üstünə Kartof nişastası səpirik.
Xəmirin hər bir tərəfini bərkidirik. Açılmaması üçün çəngəl ilə yanına naxış vururuq.
Qaba kağız sərib yığırıq. Üzünə yumurta çəkirik.
200 dəqəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.
Nuş olsun!