Ərzaqlar:
1 balaca banka konserv olunmuş qarğıdalı
1 ədəd kök
3 ədəd xiyar
1 ədəd balaca kahı
150-200 q Pekin kələmi
3-4 x.q zeytun yağı
Duz
Hazırlanması:
Kələmi yuyub doğrayırıq.
Xiyarı yuyub qabığını soyub dörd bölüb doğrayırıq.
Kökü təmizləyib yuyub sürtgəcin böyük gözündən keçiririk.
Doğranmış ərzaqları bir qaba töküb qarışdırırıq.
Duz və yağını da əlavə edib qarışdırırıq.
Salatımız hazırdır.
Nuş olsun!