Ərzaqlar:
Xəmir üçün:
200q kərə yağı
1 st şəkər tozu
1 ədəd yumurta
2 x.q kakao
1 paket qabartma tozu
2-2,5 st un
İç üçün:
600 q kəsmik
1 st şəkər tozu
200 q xama
3 ədəd yumurta
3 x.q kartof nişastası
1/2 st qoz ləpəsi
1 ədəd limon
1 paket vanil
Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayırıq.
Yumşaq kərə yağı ilə şəkər tozunu qarışdırırıq.
Yumurtanı əlavə edib qarışdırırıq.
Kakaonu əlavə edib qarışdırırıq.
Qabartma tozunu və unu əlavə edib qarışdırıb əlimiz ilə yumşaq xəmir düzəldirik.
Xəmirin 1/3 –ni soyuducunun buzxanasına qoyuruq.
İçliyimizi hazırlayırıq.
Kəsmik ilə yumurtanın sarısını qarışdırırıq.
Xamanı əlavə edib qarışdırırıq.
Şəkər tozunu və vanili əlavə edib qarışdırırıq.
Nişastanı əlavə eidib qarışdırdıqdan sonra limonu sürtgəcdən keçirib qabığını içliyə əlavə edirik.
Yumurtanın ağını mikserlə bərk köpük olanadək çalırıq.
Yumurta ağını az–az töküb ehtiyatla qarışdırırıq. İçliyimiz hazırdır.
Xəmirin 2/3 –sini diametri 26 sm olan qaba yayırıq.
Üstünə hazırladığımız içliyi töküb bərabər yayırıq.
İçliyin üstünə soyuducuda saxladığımız xəmiri sürtgəcdən keçirib tökürük. Qoz ləpəsini doğrayıb üstünə səpirik.
180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.
Piroq ilıq olanda qabdan çıxardırıq.
Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.
Nuş olsun!