Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:

1 kq un, 2 yumurta, 1/2(yarım) ç.q sarıkök, 1 ç.q dolu duz, 2 -2,5 st süd, 1 ç.q quru maya

İçlik üçün:

1st un,1 st şəkər tozu, 3 x.q əridilmiş kərə yağı,1/4 (dörddəbir) ç.q hil, istəsəniz qoğalın içinə qoz da qoya bilərsiniz. (1st çəkilmiş qoz, 1st şəkər tozu, 1/4 ç.q hil)

Yağlamaq üçün:

400-450 q kərə yağı

Üzü üçün:

1 ədəd yumurta, xaş-xaş

Hazırlanması:

Xəmiri hazırlamaq üçün stəkana mayanı töküb ilıq suda qarışdırırıq. 5-10 dəqiqə qalıb köpüklənir.

Südü ilıq qızdırıb sarıkök töküb qarışdırırıq.

Bir qaba unu ələyirik. Unun ortasını açırıq. Yumurtanı sındırırıq, duzu səpirik, mayanı və sarıköklü südü əlavə edirik.

Xəmiri qarışdırıb tam həll olananadək yoğururuq. Yumşaq xəmir olur. Xəmirin üstünə klyonka çəkib dəsmal qoyub acıması üçün üstünü örtürük.

İndi isə içliyi hazırlayaq. Unu tavaya töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovururuq.

Hazır olanda əridilmiş yağı əlavə edib yaxşı qarışdırırıq.

Hazır kütləni başqa bir qaba boşaldırıq.

Kütlə soyuduqda şəkər tozunu və hili əlavə edib yaxşı qarışdırırıq. İçlik hazırdır.

Yuxaları yağlamaq üçün yağı qabda əridirik .

Üzünə çəkmək üçün yumurtanı bir qaba sındırırıq.

Xəmir 2 saata açıyır.

Xəmirdən 15 kündə düzəldirik.

5 dəqiqə qalır kündələr özünə gəlir.

Nazik yuxa yayırıq.

Yuxaların hər layını bir az dartıb böyüdürük və yağlayırıq.

Bütün yuxalar qurtardıqdan sonra kəsib hazırlayırıq.

Ortasını aralayıb içlik qoyub ağzını bükürük.

Azca əlimizlə yayıb ağızı yuxarı düzürük. Qurumasın deyə üstünü klyonka ilə örtürük.

Hazır qoğalları qaba düzürük.Üzərini yumurtalayb xaş-xaş səpirik.

220 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.Nuş olsun!

Comments

comments