Ərzaqlar:
500 q bişmiş qoyun əti ya da mal əti (xırda hissələrə doğranmış)
3 ədəd badımcan
1 ədəd şirin bibər
2 ədəd baş soğan
1 ədəd yerkökü
5-6 kartof
2 x.q kərə yağı
1/5 st süd
100 q pendir
Duz
İstiot
Bitki yağı
Hazırlanması:
Kartofu suda bişiririk. Tam bişəndə əzib püre düzəldirik. Hazır püreyə süd, kərə yağı, istiot və duz əlavə edib qarışdırırıq.
Badımcanın qabığını soyub xırda doğrayırıq və duzlayıb acı suyunu çıxarıb yuyuruq.
Soğanı xırda doğrayırıq.
Yerkökünü sürtgəcin orta gözündən keçiririk.
Pendiri sürtgəcdən keçiririk.
Bibərləri doğrayırıq.
Tavada soğanı duz töküb yağda qovururuq. (həm bitki yağı həm də kərə yağı tökürük.)
Əti əlavə edib qovururuq.
Yerkökünü əlavə edib 5 dəqiqə qovururuq.
Bibəri əlavə edib 5 dəqiqə qovururq.
Badımcanı əlavə edib duz və istiot səpib 5-10 dəq qovururuq.
Diametri 28 sm qab götürürük. Əvvəlcə ət ilə tərəvəz qovurmasını töküb yayırıq.
Püreni ətli tərəvəzin üstünə bərabər yayırıq.
Kartofun üstündən pendir səpirik.
200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.
Nuş olsun!