Ərzaqlar:

1 kq göy paxla

3 ədəd pomidor

3 ədəd baş soğan

3 x.q kərə yağı ya da bitki yağı

Duz

Hazırlanması:

Paxlanı təmizləyib doğrayırıq.

Qazana paxlanı töküb su əlavə edib tam bişməyə az qalana qədər suda bişiririk.

Soğanı doğrayıb tavada yağ töküb qovururuq.

Pomidorun qabığını soyub doğrayırıq

Doğranmış pomidoru soğana əlavə edirik.

Bişmiş paxlanı sudan çıxarıb soğan və pamidor qovurmasının üstünə tökürük.

Duz əlavə edib yağa düşənə qədər qovururuq.Yağda da 5-10 dəqiqə qovurub götürürük.

Paxla qovurmamız hazırdı.

Nuş olsun!

Comments

comments