
Ərzaqlar:

1,5 st un
2 x.q şəkər tozu
1 yumurta
2 ç.q kakao
1 banka qatılaşdırılmış süd
1/4 st süd
1 paket qabarma tozu
Hazırlanması
Yumurtanı qatılaşdırılmış süd ilə qarışdırırıq.

Şəkər tozunu əlavə edib yenə qarışdırırıq.

Südü əlavə edib qarışdırırıq.

Qabartma tozunu və unu az- az əlavə edib qarışdırırıq.

Kakaonu əlavə edib qarışdırırıq.

Qabı yağlayıb unlayıb xəmiri tökürük.(Qabın diametri 26-28 sm götürürük)

180 dərəcə qızdırılmış sobada 25-30dəqiqəyə bişiririk. Yaxşı bışməsini çöp ilə yoxlayırıq

Nuş olsun!






























