Ərzaqlar:
Biskvit üçün:
6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1/2 ç.q vanil
Krem üçün:
200 q kəsmik
1 st şəkər tozu
200 q qaymaq
1/2 ç.q vanil
Bəzək üçün:
2 ədəd apelsin
3 ədəd kivi
2 ədəd banan
Hazırlanması:
Kremi hazırlamaq üçün bax. [url=http://resept.az/Kesmik-ile-qaymaqli-krem-2142.html]Kəsmik ilə qaymaqlı krem[/url]
Biskviti hazırlamaq üçün yumurtaların sarısını ağından ayırırıq. Ağını köpüklənənə qədər çalırıq.
Şəkər tozunu az-az töküb çalırıq.
Yumurta sarılarını bir-bir töküb çalırıq.
Unu və vanili əlavə edib qaşıqla qarışdırırıq.
Qaba kağız qoyub qarışığı töküb bərabər yayırıq.
180 dərəcə qızdırılmış sobada üzü qızaranədək bişiririk.(təx. 15-20 dəq.)
Biskviti qabdan çıxarıb soyuduqdan sonra üzünü bıçaqla nazik kəsib götürürük.
Sap vasitəsi ilə biskviti bərabər iki hissəyə bölürük.
Meyvələrin hamısını doğrayırıq.
Bir layı qoyub kremləyirik. Arasına meyvə yığırıq.
İkinci layı qoyub yanını və üzünü kremləyirik.
Qalan meyvələrlə üzünü bəzəyirik.
Nuş olsun!