Ərzaqlar:
3 ədəd brokoli
2 ədəd yumurta
Suxarı
Duz
Qızartmaq üçün:
Bitki yağı
Hazırlanması:
Əvvəlcə brokolini kiçik hissələrə bölüb, yuyuruq.
Su qaynadıb 2 ç.q duz töküb brokoliləri yarı bişmiş vəziyyətdə olana qədər pörtüb sudan çıxardırıq.
Yumurtaları bir qaba sındırırıq. Tavaya yağ töküb qızdırırıq.
Brokolinin birinci yumurtaya sonra suxarıya batırıb, tavanın içinə düzürük.
Brokolilərin hər tərəfini çevirib qızardırıq.
Nuş olsun!